Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov dekabrın 5-də Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şabran rayonu və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiyanın verilməsi, işlə təminat, texnika və gübrə ilə təminat, suvarmada yaranan çətinlik və digər məsələlərlə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Şöbə müdiri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək
06 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Sabirabadda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
06 Mart 2026
AFAQ layihəsi çərçivəsində Füzulidə qadın fermerlərə avadanlıqlar təqdim olunub
06 Mart 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubadda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Mart 2026
Nazir Məcnun Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb
05 Mart 2026