Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 9-10 dekabr tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Ölkənin 40 müxtəlif regionundan iştirak edən fermerlər 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Ümumilikdə yarmarkada 60 fermer iştirak edəcək.
Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarka saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Qeyd edək ki, fermerlər yarmarkada ödənişsiz olaraq piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsulların daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
27-28 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
26 Iyul 2024
Yardımlıda Aqrar Biznes Festivalı keçirilib
25 Iyul 2024
AFAQ layihəsi çərçivəsində Tovuz rayonunda qadın fermerlərə dəstək göstərilib
25 Iyul 2024
Respublikada taxıl biçini ilə bağlı müsabiqə elan edilib
24 Iyul 2024
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
24 Iyul 2024