Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsinin bir qrup professor-müəllim heyətinin növbəti təlimi Ağdam rayonun Quzanlı qəsəbəsində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilib. Təlim zamanı payızlıq taxıl əkinlərinə qulluq işləri və yazlıq bitkilərin səpini ilə əlaqədar məlumat verilib.
Təlimçilər müasir torpaq sıxlığını ölçən peenetrometr cihazı, torpaq nəmliyini ölçən elekron nəmlik cihazı haqqında, onların iş prinsipi və tarlada istifadəsinə dair fermerlərə tövsiyələr verib. Eyni zamanda universitetin müasir aqrokimya laboratoriyasının fəaliyyəti, taxıl sahələrində iqlim dəyişikliklərinin yaratığı risklər, onların idarə edilməsi yolları, taxıl sahələrində yayılmış alaqlar, xüsusəndə tülpəngə qarşı mübarizə tədbirləri, əsas yemləmə və fertiqasiya gübrələnməsi zamanı uyğun gübrələrin seçilməsi barədə də ətraflı məlumat verilib.
Həmçinin payızlıq taxıl əkinlərinin suvarılması, gübrələnməsi, məhsuldar buğda sortları və onların mütərəqqi becərilmə texnologiyalarından danışılıb. Universitetin bitki klinikasının laboratoriyası, taxıl sahələrində yayılmış xəstəliklər, onların əlamətləri və diaqnozu qaydaları, o cümlədən, həmin xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında elmi məlumatlar çatdırıb.
Sonda fermerlərin sualları cavablandırılıb, onların təlim ehtiyatları müəyyənləşdirilib və təklifləri dinlənilib.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026