2019-cu ilin 9-18 iyul tarixlərində Azərbaycan Dövlət Aqrar Univesitetində (ADAU) bakalavriat səviyyəsinin tələbələri üçün keçirilmiş “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi başa çatıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yay məktəbini uğurla başa vuran tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, o cümlədən respublikanın müxtəlif bölgələrinə səfərləri özündə əks etdirən yay məktəbini yüksək qiymətləndirərək, yaradılan şəraitə, o cümlədən universitetin ən müasir standartlara cavab verən Tələbə evində yaşayış yeri ilə təminata görə minnətdarlıqlarını bildiriblər. Sonra məktəbin iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 9-18 iyul tarixlərində keçirilən məktəbdə respublikamızın ali təhsil müəssisələri ilə (17 tələbə) yanaşı, Bolqarıstan (4 tələbə), Çin Xalq Respublikası (1 tələbə), Gürcüstan (3 tələbə), İran İslam Respublikası (1 tələbə), Hindistan (1 tələbə), Qazaxıstan (2 tələbə), Qırğızıstan (2 tələbə), Özbəkistan (1 tələbə), Pakistan İslam Respublikası (1 tələbə), Polşa (1 tələbə), Rusiya Federasiyası (2 tələbə), Türkiyə (4 tələbə), Ukraynanın (2 tələbə) ali təhsil müəssisələrindən 42 tələbə iştirak edib.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026