Azərbaycan Dövlət Aqrar Universitində (ADAU) Azərbaycan Gənclər Fondu və ADAU-nun birgə layihəsi olan "Auditoriyadan Tarlaya” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən ADAU-nun Tələbə Gənclər Təşkilatının sədri Orxan Muradzadə bildirib ki, "Auditoriyadan Tarlaya” layihəsinin keçirilməsində məqsəd region gənclərinin ictimai fəallığının artırılmasınan ibarətdir. “Layihənin ünvanlandığı gənclərin respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılmasıdır. Eyni zamanda aqrar sahədə problemləri həllində gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaq əsas hədəflərdəndir”, - deyə o bildirib.
Layihə çərçivəsində "Auditoriya və praktika”, "Aqrar sahəyə marağı artırmaq üçün nə etmək lazımdır?", "Fermer yerli aqronoma inanırmı?" adlı maarifləndirici təlimlər keçiriləcək, layihə iştirakçılarının ADAU-nun Tədris-təcrübə təsərrüfatına ekskursiyası təşkil olunacaq. Layihənin sonunda iştirakçıların sertifikatlarla mükafatlandırılması nəzərdə tutulub.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026