29 Oktyabr 2019-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin müzakirəsi, aqrar sahənin davamlı inkişaf üsulu kimi ekoloji təmiz kənd təsərrüfatının sosial, ekoloji və iqtisadi problemlərin həll edilməsində rolunun qiymətləndirilməsi, sahənin inkişafı üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun struktur bölmələrinin əməkdaşlarının, Milli Məclisin deputatlarının, müvafiq ali təhsil və elmi-təqdqiqat müəssisələrinin, xarici ölkə alimlərinin, ekoloji təmiz kənd təsərrüfatı ilə məşğul olan istehsalçıların, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək konfransın əhəmiyyəti, ekoloji təmiz kənd təsərrüfatı sahəsində qlobal çağırışlar, universitetdə bu sahədə görülmüş işlər, magistratura səviyyəsində “ekoloji kənd təsərrüfatı” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı, bakalavriat səviyyəsində tədris olunan fənlər, aparılan elmi-tədqiqat işləri, beynəlxalq əməkdaşlıq, keçirilən müsabiqələrdən danışıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Elçin Zeynalov ölkədə ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişafının əhəmiyyəti, bu sahədə məhsul istehsalının təşviqi və bazarın inkişaf etdirilməsi, müvafiq qaydaların və yerli kadrların hazırlanması və beynəlxalq standartlara uyğun işlək sertifikatlaşdırma prosesinin təşkil edilməsi barədə çıxış edib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış edərək konfransın işinə uğurlar arzulayıb.
Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının normativ-hüquqi bazasının mövcud vəziyyəti və onun təkmilləşdirilməsi mövzusunda çıxış edib.
ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost “Ekoloji təmiz alma istehsalında xəstəliklərin idarə edilməsi”, Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Franko “Ekoloji üzümçülükdə dayanıqlı və səmərəli istehsal imkanları” mövzularında təqdimat ediblər.
AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev çıxış edərək konfransın işinə uğurlar arzulayıb və bu kimi tədbirlərin tez-tez keçiriməsinin vacibliyini vurğulayıb.
Konfransın plenar hissəsində Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, professor Mladen Frankoya universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə ADAU-nun “Fəxri doktoru” adı verilib. Qeyd edək ki, adı çəkilən universitet ADAU ilə ən aktiv əməkdaşlıq edən ali təhsil müəssisələrindən biridir.
Tədbir çərçivəsində ADAU və Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.
Sonra konfrans iştirakçıları universitetin maddi-texniki bazası, mərkəzləri, laboratoriyaları, tikilməkdə olan tədris binaları, tədris-təcrübə təsərrüfatı ilə tanış olublar.
Günün ikinci hissəsində konfrans öz işini bölmələrdə davam etdirib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024