Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvləri, respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın Kənd Təsərrüfatı” yay məktəbinin bağlanış mərasimi keçirilib.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yay məktəbini uğurla başa vuranları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor “Sabahın kənd təsərrüfatı” yay məktəbi iştirakçılarının Qəbələ rayonuna səfəri zamanı göstərdiyi dəstəyə görə beynəlxalq təşkilatlara və yerli şirkətlərə öz təşəkkürünü bildirib.
İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, o cümlədən bölgələrə səfərləri özündə əks etdirən yay məktəbini çox yüksək qiymətləndirərək, yaradılan şəraitə, o cümlədən universitetin ən müasir standartlara cavab verən Tələbə Evində yaşayış yeri ilə təminata görə rektora minnətdarlıqlarını bildiriblər.
Sonra yay məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2021-ci ilin 22-31 iyul tarixlərində keçirilən yay məktəbində 19 ali təhsil müəssisəsindən 40-a yaxın tələbə iştirak edib. İştirakçılar layihə çərçivsində Gəncə şəhərində Nizami Məqbərəsi və “Nizami Gəncəvi” Muzeyi, Heydər Əliyev Park-Kompleksi, “Zəfər Tağı”, “İmamzadə” dini kompleksi, Xan bağı, “Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, “Xəmsə” Parkı, Göygöl Milli Parkı, Mingəçevir şəhəri və Qəbələ rayonunun görməli yerlərinə, aparıcı kənd təsərrüfatı müəssisələrinə səfərlər ediblər.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026