ADAU-nun (Azərbaycan Dövlət Aqrar Universiteti) nəzdində fəaliyyət göstərən Aqrar Məsləhət Xidmətinin əməkdaşları bir sıra bitkilərdə müayinə aparmaq məqsədilə Tovuz və Şəmkir rayonlarına səfər ediblər. Tovuz rayon Kənd Təsərrüfatı İdarəsi ilə birgə təşkil edilən səfərdə Xidmətin mütəxəssisləri kartof, üzüm, buğda, arpa və yonca əkinlərinə baxış keçiriblər. Tovuz rayonun Qovlar şəhər sakini, iqtisad elmləri üzrə fəlsəfə doktoru Sürəyya Əhməd qızı İsmayılovanın rəhbəri olduğu 100 hektar əkin və 100 hektar örüş sahəsi olan “Rüfət KFT”-na baxış keçirilib. Burada yonca, kartof və dənli taxıl bitkilərinin becərmə texnologiyası, xəstəlik və zərərvericilərlə mübarizə barədə fikir mübadiləsi aparılıb və lazımi tövsiyələr verilib. Aqrar Məsləhət Xidmətinin fəaliyyəti barədə məlumat verildikdən sonra, S. Əhmədova ADAU-nun alimlərinin məsləhətlərinin fermerlər üçün vacib olduğunu və bundan sonra bu təhsil ocağı ilə sıx əməkdaşlıq edəcəyini bildirib.
Xidmətin əməkdaşları Aşağı Quşçu kəndi ərazisində fermer İsmayıl Hüseynovun üzüm bağlarına da baxış keçiriblər. Təsərrüfatda çalışanlara bağda aparılan yaşıl bağlama əməliyyatları və kimyəvi mübarizə istiqamətində məsləhətlər verilib. Dönük Qırıqlı kəndi ərazisində olan kartof əkinlərində kartof güvəsinin və Kolorado böcəyinin bitkiyə zərər vurması faktları da aşkarlanıb. Mütəxəssislər fermerlərə, zərərvericilərə qarşı mübarizədə tətbiq edilən pestisidlər barədə məlumat veriblər.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026