Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) respublikanın aparıcı şirkətləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi yolu ilə mütəxəssis hazırlığı mühüm istiqamətlərindən biridir. Son illərdə universitetin aparıcı şirkətlərlə əlaqələrinin sürətlə inkişafı dövlət-özəl sektor əməkdaşlığının formalarından biri kimi mütəxəssis hazırlığına öz töhfəsini verməkdədir.
01 fevral 2019-cu il tarixində Universitetin Aqrobiznes və idarəetmə fakültəsinin akt zalında ASC “Standard Insurance” Sığorta Şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ASC “Standard Insurance” Sığorta Şirkətinin idarə heyətinin sədri Anar Sadıxov imzalayıblar.
Müqavilə sığorta şirkətinin bazasında elmi-tədqiqat işlərinin aparılması, şirkətin mütəxəssislərinin “qonaq-mühazirəçi” qismində tədris prosesinə cəlb edilməsi, birgə konfrans, seminar və strartap layihələrinin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində büdcədənkənar gəlirlərin stimullaşdırılması və təhsil alanlarda sahibkarlıq bacarıqlarının aşılanmasının təşviqi, “ASC “Standard Insurance” Sığorta Şirkətinin yaratdığı Sığorta Agentliyi MMC ilə birgə fəaliyyətin təşkili yolu ilə tələbələrin şirkətin fəaliyyətinə cəlb edilməsi məsələlərini əhatə edir.
Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı ASC “Standard Insurance” Sığorta Şirkətinin nümayəndələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Gəncə nümayəndəliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin, Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları iştirak ediblər.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026