Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin professor-müəllimləri və aqronomluq ixtisasının III kurs tələbələri Goranboy və Samux rayonlarının ərazisində yerləşən “Region Aqropark”da olublar.
Professor-müəllim və tələbələr ilk növbədə “Region Agropark”ın inzibati binasına və yaradılan laboratoriyalara baxıblar. Bildirilib ki, Aqroparkın ərazisindəki bərpa olunan torpaq sahəsində cari ildə 823 hektarda taxıl, 93 hektarda yonca, 320 hektarda şəkər çuğunduru, 192 hektarda pambıq, 64 hektarda kartof əkilib. 80 hektar ərazidə damcı suvarma sistemləri qurulmaqla zeytun, badam və digər meyvə bağları salınıb. Aqroparka məxsus torpaq sahələrinin Bozdağ ərazisində əmələ gələn sel sularından mühafizəsi məqsədilə 15,5 kilometr uzunluğunda seltutucu kanal inşa olunub.
Müəllimlər və tələbələr sahələrdə əkilən bitkilərin vegetasiya müddətində görülən işlərlə və təsərrüfatla ətraflı tanış olub və fikir mübadilələri aparıblar.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026