AFAQ layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Ofisinin (“Food and Agriculture Organization”) birgə təşkilatçılığı, layihə tərəfdaşlarının və layihəyə qoşulan qadın fermerlərin iştirakı ilə ilkin planlama seminarı keçirilib. Seminarın təşkilində əsas məqsəd layihə tərəfdaşları ilə iş planı üzrə interaktiv müzakirələr aparmaq, tərəfdaşların rolu və məsuliyyətləri daxil olmaqla institusional tənzimləmələrin həyata keçirilmə qaydalarını aydınlaşdırmaqdır.
Tədbirdə ATT İdarə Heyətinin sədri Leyla Məmmədova, FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Proqramlar üzrə mütəxəssisi Kaan Başaran, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Layihə və proqramlar şöbəsinin müdiri Leyli Ağayeva, FAO Azərbaycan Tərəfdaşlıq Proqramının meneceri Namiq Məmmədov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rahil Süleymanzadə və FAO-nun Avropa və Orta Asiya üzrə Regional Ofisinin Gender və Sosial Müdafiə müşaviri Dono Abdurazakova çıxış ediblər. Layihə çərçivəsində bu günə qədər görülmüş işlərdən bəhs edən natiqlər bildiriblər ki, artıq müxtəlif regionlarda qadın fermerlərlə görüşlər keçirilib, onların ehtiyacları müəyyənləşdirilib. Həmçinin qeyd olunub ki, AFAQ qida təhlükəsizliyinə və kənd yerlərində sosial rifahın yaxşılaşmasına töhfə verəcək, regionlarda yaşayan qadın fermerlərin informasiya və maliyyə resurslarına əlçatanlığına eyni dərəcədə şərait yaradacaq. Qadın fermerlərə təlim və konsultasiya ilə yanaşı texniki dəstək də göstəriləcək. AFAQ fermer qadınların maddi gəlirlərini artıraraq kənd icmalarının iqtisadi inkişafına nail olacaq. Belə ki, tərəşdaş qurumlar qadın fermerlərin təsərrüfatlarında istehsal olunan məhsulların satışına da dəstək göstərəcək. Həmçinin tədbirdə layihəyə növbəti bir il ərzində müraciətlərin qəbulunun da davam edəcəyi bildirilib.
Qeyd edək ki, AFAQ layihəsinin icrasına ötən ilin sonundan başlanılıb. Layihə aqrar sahədə çalışan qadınların dəstəklənməsi, bu sahədə gender bərabərliyinin təmin olunması, regionlarda məşğulluğun artırılması, eləcə də kənd yerlərində yaşayan insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə həyata keçirilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024