Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “AgroHackathon - 2020” müsabiqəsinə start verilib.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun binasında keçiriləcək yarışa qatılmaq istəyən komandalar aşağıdakı keçiddə qeydiyyatdan keçməlidirlər.
https://docs.google.com/forms/d/e/1FAIpQLScBowsXKvMik5LNkasKC3YtfwyPZKxbof_ljfVJO4cqsD8J_w/viewform
29 fevral – 2 mart 2020-ci il tarixlərində keçiriləcək yarışmada komandalar 2020 dəqiqə müddətində verilən texniki tapşırıq əsasında işləyərək öz güclərini sınayacaqlar. “AgroHackathon - 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin təşkilat komitəsinin həmsədri, AEİM-nin direktor müavini Əkbər Abbasovun sözlərinə görə yarış zamanı həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılacaq, onlar yerli istehsal olan ekoloji təmiz qida və şirələrlə təmin olunacaqlar.
“AgroHackathon - 2020” yarışması ilə bağlı daha ətraflı məlumatlar yaxın günlərdə veriləcək. Müsabiqə ilə bağlı bir sıra aparıcı ali təhsil müəssisələrində görüşlərin keçirilməsi nəzərdə tutulub.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026