Müsabiqənin Təşkilat Komitəsinin sədri, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov bildirib ki, 29 fevral – 2 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzi və Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müasir istixana kompleksində keçiriləcək. Müsabiqənin texniki tərəfdaşı “Microsoft” şirkətidir.
Təşkilat komitəsinin həmsədri, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib ki, “AgroHackathon 2020” 24-72 saat müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllin tapılması və ya hazırlanması müsabiqəsidir. “Müsabiqədə iştirak üçün ölkənin qabaqcıl ali təhsil müəssisələrini təmsil edən 50-dən artıq komanda müraciət edib. Onlardan 11 fərqli ali məktəbi təmsil edən 15 komanda müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. İlkin seçim mərhələsindən uğurla keçmiş komandalarının ümumi say tərkibi 70, komandalardakı xanım iştirakçıların sayı isə 20 nəfərdən artıqdır”, - deyə E.Allahverdiyev bildirib.
Təşkilat komitəsinin üzvləri Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Anar Cəfərov, Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı Rusif Hüseynov, Azərbaycan Sənaye Korporasiyasının əməkdaşı Rüstəm Əkbərli, “Microsoft” şirkətinin əməkdaşı Emin Axundov çıxış edərək müsabiqənin digər detalları haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, 29 fevral saat 20:20-də başlayacaq yarış 2020 dəqiqə müddətində davam edərək, 2 mart saat 06:00-da yekunlaşacaq. “AgroHackathon 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar müvafiq olaraq 6060, 4040, 2020 manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Yarış zamanı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutununda həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılacaq, onlar ekoloji təmiz qida və şirələrlə təmin olunacaqlar.
Qeyd edək ki, müsabiqə təşkil ediləcəyi yer və qoyulmuş problemin unikallığı cəhətdən dünyada bir ilkdir. Yarışda hazırlanacaq həllin birbaşa müasir istixana komplekslərinin idarəetməsində tətbiq edilməsi nəzərdə tutulur.
Nazir Məcnun Məmmədov Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Arturla görüşüb
15 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub
14 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
13 Yanvar 2026
Təl-Əvivdə Azərbaycan və İsrailin kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
12 Yanvar 2026
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
12 Yanvar 2026