“Aqrar İnkişaf Könüllüləri” (AİK) Təşkilatı və “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi birgə əməkdaşlıq haqqında memorandum imzalayıb. Memoranduma əsasən tərəflər resurslardan birgə istifadə edərək müştərək addımların atılması, gənclərin inkişafı istiqamətində gələcək layihələrdə səmərəliliyin artırılması və kənd təsərrüfatında yenilikçi innovasiyaları təşviq etmək üçün təcrübələrini bölüşəcəklər. Həmçinin əməkdaşlıq çərçivəsində “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi Aqrar İnkişaf Könüllülərindən faydalanacaq, könüllülük fəaliyyəti həyata keçiriləcək.
AİK-in sədri Kamran Əliyev və “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin sədri Afər Hacıyev təşkilatların fəaliyyəti və gələcək planları, eləcə də memorandumun yaradacağı imkanlardan danışıblar.
K.Əliyev mərasimdə çıxış edərək kənd təsərrüfatının Azərbaycanda xüsusi strateji sahəyə çevrildiyini və birbaşa olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq bu sahəyə göstərilən xüsusi diqqətini və “Könüllülər ili”ndə nəzərdə tutulan fəaliyyətləri qeyd edib. K.Əliyev hər iki təşkilatın həm gənclərə həm də, aqrar sahənin inkişafına yönələcək layihələrdən danışıb. AİK-in aqrar sahədə deyil, fəaliyyət göstərdikləri bütün regionlarda müxtəlif sferalara tövfə verəcəyini diqqətə çatdırıb.
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
29 Oktyabr 2026
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin noyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
29 Oktyabr 2026
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026