Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Milli Elmlər Akademiyasını və eləcə də ayrı-ayrı strukturları təmsil edən 25-ə qədər elmi-tədqiqat institutlarında çalışan 200-dən artıq gənc alim və tədqiqatçılar iştirak edib. Tədbir Prezident İlham Əliyevin “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 22 may 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyində təsdiqlənmiş tədbirlər planına uyğun keçirilib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov akademik Cəlal Əliyevin zəngin elmi irsi, Azərbaycan və dünya elminə verdiyi töhfələr, elmi uzaqgörənliyi, yaratdığı elmi məktəb, elmi əsaslar üzərində hazırladığı kompleks seleksiya proqramlarının nəticələri, ictimai fəaliyyəti və s. barəədə məlumat verib.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti İradə Hüseynova akademik Cəlal Əliyevin ömrünün 60 ildən artıq bir dövrünü Azərbaycanda fotosintez tədqiqatlarına həsr edən yeganə alim olduğunu qeyd edərək kənd təsərrüfatı bitkilərində, xüsusən də buğdada məhsuldarlığın fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarının işlənib hazırlanmasındakı rolu, ölkədə biologiyanın yeni müasir istiqamətlərinin-molekulyar biologiyanın, molekulyar genetikanın, gen və hüceyrə biotexnologiyasının, bioinformatikanın və sair sahələrinin əsasını qoyduğunu diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin məsul nümayəndəsi Vüqar Babayev akademik Cəlal Əliyevin biologiya və aqrar elmlər sahəsində əldə etdiyi elmi nailiyyətlər, konfransın əhəmiyyəti haqqında danışıb.
Digər çıxış edənlər, Əkinçilik Elmi-tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai, Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə, biologiya üzrə elmlər doktoru Tofiq Allahverdiyev və digərləri akademik Cəlal Əliyevin elmi irsinin gənc nəsillər üçün bir örnək olması, bu konfransın gənc alim və tədqiqatçıların əldə etdikləri elmi nəticələrin elmi ictimaiyyətə çatdırılmasındakı əhəmiyyəti, elmi informasiyaların mübadiləsindəki rolu və s. haqqında fikirlərini bölüşüblər.
Daha sonra gənc tədqiqatçıların, müasir biologiya və aqrar elmlərin prioritet istiqamətləri üzrə apardıqları elmi araşdırmalara dair təqdimatları olub.
Konfrans öz işini 9 bölmədə davam etdirib, gənc tədqiqatçıların təqdim etdikləri posterlər ekspertlər tərəfindən qiymətləndirilib. Bölmələrdə ən yaxşı və məzmunlu təqdimata, posterə görə 10 gənc tədqiqatçı mükafatlandırılıb. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024