“Fermerlər öz payızlıq əkinləri barədə bəyanlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) nə qədər tez yerləşdirsələr, subsidiyaların ödənilməsi ilə bağlı prosedur bir o qədər sürətlə gedəcək”. Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib.
Qeyd olunub ki, fermerlərin torpaq sənədləri sistemdə artıq hazırdır. EKTİS-də qeydiyyatdan keçmiş fermerlər eagro.az saytındakı şəxsi kabinetlərinə daxil olaraq bu payız mövsümündəki əkinlərini bəyan edə bilərlər. Qeydiyyatdan keçməyən fermerlər isə əvvlcə qeydiyyatdan keçib, daha sonra bu proseduru yerinə yetirməlidirlər. “Əkin bəyanları noyabrın sonlarınadək başa çatdırılmalıdır. Daha sonra bu bəyanlar əsasında fermerlər subsidiya məbləğlərini hesablayıb, subsidiya üçün müraciət etməlidir. Əkin bəyanını vaxtında etməyən fermer subsidiya üçün müraciət imkanını qaçıracaq” - deyə AKİA-dan qeyd ediblər.
İnternetə çıxışı olan fermerlər öz şəxsi kompüter və tabletlərindən istifadə etməklə, internetə çıxışı olmayan fermerlər isə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobuslarına müraciət edərək əkinlərini bəyan edə bilərlər.
Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən fermerlər subsidiya üçün müraciəti EKTİS üzərindən onlayn qaydada edir və subsidiya vəsaitləri onların “Fermer Kartı”na köçürülür.
Yeni subsidiya qaydaları əsasında 2019-2020-ci il payız əkinləri, 2020-ci il yaz əkinləri və çoxillik əkinlərə görə 407 mindən artıq fermerə 232 milyon manata yaxın subsidiya ödənilib.
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
19 Noyabr 2026
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
19 Noyabr 2026
Zaqatalada Dövlət Proqramı çərçivəsində təsərrüfatlara baxış keçirilib
19 Noyabr 2026
Bakıda “Peşə Təhsili Forumu” keçirilib
19 Noyabr 2026
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
19 Noyabr 2026