Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə icra olunan “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri respublikamızın cənub bölgəsində həyata keçirilib.
Tədbir çərçivəsində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisindəki taxıl sahələrində yayılmış “haf” zərərvericisinə qarşı dronlar vasitəsi ilə mübarizə tədbirləri aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, bölgə fermerləri, fitopatoloqlar, aqrokimyaçılar, entomoloqlar və becərmə texnologiyası üzrə kadrlardan ibarət tədqiqat qrupu iştirak edib.
Sahə nümayişi çərçivəsində mobil mini laboratoriyadan istifadə etməklə topraqda NPK-nın (azot, fosfor, kalium), eləcə də PH-ın miqdarı mütəxəssislər tərəfindən yerindəcə təyin edilib və nəticəyə uyğun olaraq gübrə dozası müəyyən edilərək fermerə təqdim olunub.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, direktor müavinləri Fərman Kərimov, Əkbər Abbasov, şöbə müdiri Cavanşir Təlai bildiriblər ki, layihənin əsas məqsədi nazirliyin öz fəaliyyətində əsas götürdüyü fermerə yaxınlıq prinsipinin reallaşmasına dəstək göstərmək, torpaq adamlarının məsləhət-informasiya xidmətinə olan ehtiyacının təmin olunması məqsədilə elm adamları ilə onlar arasında münasibətlər yaratmaq, birbaşa təsərrüfatlara səfər edərək aqrotexniki qulluq, bitki mühafizə, zootexniki, baytarlıq və digər sahələr üzrə tədbirlərin həyata keçirilməsində köməklik göstərməkdir. Layihənin əsas iştirakçıları Aqrar Elm və İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 elmi-tədqiqat institutunun, 48 təcrübə stabnsiyasının və 9 regional aqrar elm və innovasiya mərkəzinin əməkdaşlarıdır.
Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də kənd təsərrüfatı məhsul istehsalçıları üçün tarla seminarlarının keçirilməsi nəzərdə tutulur.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026