Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) həyata keçirdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində Şəkidə tütünçü fermerlərlə görüş keçirilib.
Şəki şəhər İcra Hakimiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə AKİA sədri Mirzə Əliyev arqar məşğulluğun artırılması və gənclərin aqrar sahəyə marağının yüksəldilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində görülən işlər barədə məlumat verib.
Agentlik sədri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın icra olunduğunu və bu sahənin inkişafı üçün müvafiq addımlar atıldığını qeyd edib. “AMAL layihəsi çərçivəsində tütünçülüklə bağlı layihələrin dəstəklənməsi də bu addımlardan biridir” – deyən Mirzə Əliyev fermerlərə tütün qurutma avadanlığının güzəştlə satılan kənd təsərrüfatı texnikası siyahısına daxil edildiyini bildirib.
AKİA sədri əlavə edib ki, layihə çərçivəsində tütün qurutma avadanlıqları fermerlərə güzəştli şərtlərlə veriləcək: “AMAL-da iştirak edən bəzi gənclər bu layihəyə qrup halında qoşulublar və biz gənclərin bu addımını çox yüksək dəyərləndiririk. Çox arzu edərdik ki, fermerlər kooporativ yaratmağa maraq göstərsinlər. Bu, onlara həm xərcləri paylaşmağa, həm texnika almağa, həm də güclərini birləşdirib daha yüksək gəlir əldə etməyə yardım edəcək”.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026