Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə biznes ideyalarının formalaşdırılması və biznes planların hazırlanması üzrə təlimçilərin təlimi prosesinə başlayıb.
Təlimi keçəcək təlimçilər AKİA-nın həyata keçirdiyi “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) ilkin mərhələsini keçmiş gənclərə bu istiqamətdə təlimlər verəcəklər. AMAL-çıların təlimləri aprelin ortalarında başlayacaq.
Təlimçilərin təlimi Beynəlxalq Əmək Təşkilatının ölkəmizdə müvəffəqiyyətlə sınaqdan keçirilmiş metodologiyası əsasında aparılır. Bu təlimləri keçmiş onlarla gənc özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi istiqamətində uğur qazanıb.
AKİA-nın keçirəcəyi təlimlərdə gənclərə dövlətin aqrobizneslə məşğul olan sahibkarlara yaratdığı şərait və güzəştlərdən istifadə imkanları barədə məlumat veriləcək, biznes ideyalarının formalaşdırılması, biznes planlarının hazırlanması və müdafiə edilməsi istiqamətində bilik və bacarıqlar aşılanacaq. Təlimi uğurla keçmiş AMAL-çılar layihənin əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
AMAL-ın növbəti mərhələsində iştirakçılar biznes ideyalarının inkişafı və icrası üzərində çalışacaqlar.

ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026