Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Gürcüstan və Türkiyə Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndə heyəti arasında üçtərəfli görüş keçirilib.
Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova və Şirkətin Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov iştirak edib.
Görüş zamanı tərəflər arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlığın bugünkü vəziyyəti və gələcək perspektivləri müzakirə edilib, hər üç ölkədə kiçik və orta fermer təsərrüfatı sahiblərinin qorunması və inkişafı istiqamətində görülən işlərdən danışılıb. Müzakirələr zamanı gələcəkdə kiçik və orta fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi üçün birgə tədqiqatlar aparılması və bu sahədə hər bir ölkədə əldə edilmiş uğurlu təcrübənin birgə istifadəsi barədə razılıq əldə edilib.
Bildirilib ki, ölkələrimiz arasında digər sahələrlə yanaşı, aqrar sektor üzrə də yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Qeyd olunub ki, belə görüşlər hər üç ölkədə kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün təcrübə mübadiləsi və yeniliklərin tətbiqi baxımından əhəmiyyətli rol oynayır.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli ilə də görüşüb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026