“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 19-20 may tarixlərində Rusiyanın paytaxtı Moskvada “Начинающий Фермер” Beynəlxalq Biznes Oyunu keçirilib. Yarışda MDB-yə üzv olan ölkələr və Almaniyanın aqrar sahədə fəaliyyət göstərən gənclərdən ibarət nümayəndələri iştirak edib.
Rusiya Kənd Gəncləri Birliyinin təşkil etdiyi “Beynəlxalq Biznes Oyunu”nda Aqrar İnkişaf Könüllüləri komandası Azərbaycanı uğurla təmsil edərək ilkin mərhələlərdə iştirak edib və “Beynəlxalq Biznes Oyunu”nun final mərhələsinə vəsiqə qazanıb.
Fərqli layihələrlə, proqramlarla könüllülərin karyera inkişafında hər zaman müstəsna rol oynayan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı Beynəlxalq Biznes Oyununda “Mushroomland” layihəsini təqdim edib. Layihə dünyada göbələk məhsuluna artan tələbat fonunda minimum xərclərlə istehsalın artırılması və orqaniq məhsul istehsalının təşviq olunmasını ehtiva edir. Layihə çərçivəsində göbələk istehsalı, ticarəti sahəsində təsərrüfatların yaradılması və inkişaf perspektivləri ilə bağlı araşdırmalar aparılıb.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının əlaqələndirməsinin nəticəsi olaraq ölkəmizin də iştirak etdiyi “Beynəlxalq Biznes Oyunu”nda Almaniya, Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və Ermənistandan komandalar mübarizə aparıb.
Aqrar İnkişaf Könüllüləri komandası tərəfindən təqdim edilən “Грибыленд” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Ölkəmiz 34 komanda arasında qalib gələrək vətənə qələbə ilə qayıdıb.
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
29 Oktyabr 2026
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin noyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
29 Oktyabr 2026
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026