"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyi “Könüllülər ili” ilə əlaqədar görüşlərə başlayıb. Görüşdə "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyinin regional nümayəndəliklərinin təmsilçiləri iştirak edib. Tədbirin məqsədi 2019-cu ildə görülən işləri qiymətləndirmək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, yeni layihə və təşəbbüsləri müzakirə etməkdir.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev ölkədə könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, dövlət tərəfindən insan kapitalının inkişafına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyllərini, bilik və bacarıqlarını daha da artırmasının vacib olduğunu qeyd edib və gəncləri bu istiqamətdə fəal olmağa çağırıb.
Tədbirdə çıxış edən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev təşkilatın yarandığı gündən indiyədək həyata keçirilən layihələr, ölkənin 50 regionunda fəaliyyət göstərən nümayəndəliklərin reallaşdırdığı tədbirlər barədə məlumat verib. Tədbirdə “Aqrar İnkişaf Könüllüləri”nin fəaliyyət ilə bağlı təqdimat keçirilib.
Daha sonra görüşdə "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının “Könüllülər ili” ilə əlaqədar hazırlanan xüsusi tədbirlər planı açıqlanıb. Görüşdə həmçinin könüllülüyün region gənclərinin arasında təşviqi, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzunmüddətli proqramların icrası və digər məsələlərlə bağlı təkliflər dinlənilib, bu istiqamətdə geniş müzakirələr aparılıb.
Tədbirin sonunda ötən il ərzində fəallığı ilə seçilən könüllülər təşəkkürnamə ilə təltif ediliblər.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026