Aqrar İnkişaf Könüllülərinin həyata keçirdiyi “Aqrodata” layihəsi başa çatıb. 30 gəncin cəlb olunduğu layihənin rəsmi bağlanış mərasimi Elektron Hökümətin İnkişafı Mərkəzində baş tutub. Mərasimdə layihə çərçivəsində görülən işlər barədə geniş məlumat verib, “Aqrodata”nın nəticələri qiymətləndirilib. Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elvin Paşayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar diləyiblər.
“Aqrodata” Azərbaycanın kənd təsərrüfatında data analitika və onun analiz nəticələrindən bəhs edən ilk layihədir. Layihə müddətində gənclərə data analitika bacarıqlarını inkişaf etdirmək, toplanmış məlumatların əhəmiyyəti və onlardan istifadə imkanları barədə 20 müxtəlif təlim keçirilib. Təlimlər peşəkar təlimçilər və aqrar mütəxəssislər tərəfindən aparılıb.
Layihənin məqsədi kənd təsərrüfatında innovasiyanın təbliği, gənclərin aqrar sektora marağının yüksəlməsinə dəstək verməkdir. İki mərhələdən ibarət layihənin ilk mərhələsində seçilmiş 30 iştirakçıya müasir dövrlə ayaqlaşan aktual biliklər aşılanıb. Növbəti mərhələ Lənkəranda baş tutub. İştirakçılar təlimlər zamanı əldə etdikləri nəzəri məlumatların təcrübədə tətbiqi ilə tanış olub, müxtəlif təsərrüfat sahələrinə ekskursiya ediblər. İştırakçıların dünyagörüşünü artırmaq, aqrar sahə ilə daha yaxından tanış olmaq, aqrar bilikləri modernləşdirmək məqsədilə ekskursiyalar zamanı geniş izahlı seminarlar təşkil edilib. Sonda iştirakçılar komandalara bölünərək onlara tapşırılan mövzular üzrə təqdimatlar hazırlayıblar.

ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026