Kənd Təsərrüfatı Nazirliyində aqrar istehsalın təşkilində qarşıya çıxan risklərin idarəedilməsi sisteminə həsr edilmiş təlim keçirilib. Aqrar Elm və İnnovasiya Mərkəzinin Kənd Təsərrüfatı Nazirliyinin Risklərin idarəedilməsi sektoru ilə birgə təşkil etdiyi təlimdə elmi tətqiqat institutlarının, regional aqrar elm mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Təlimi giriş sözü ilə açan Risklərin idarəedilməsi sektorunun müdiri Nurlan Babayev qurulmaqda olan Risklərin idarəedilməsi sistemi haqqında geniş məlumat verib. Kənd təsərrüfatı məhsulları istehsalı zamanı qarşıya çıxan risklərin təsnifatı və mahiyyəti, bu məsələdə dövlətin və fermerin üzərinə düşən vəzifələr haqda danışan Nurlan Babayev risk idarəçiliyi sahəsində dünya təcrübələrindən nümunələri diqqətə çatdırılıb. Bildirilib ki, kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə nazirliyin əsas fəaliyyət istiqamətlərini ehtiva edən Risklərin idarəedilməsi komitəsi yaradılıb. Komitənin əsas funksiyası kənd təsərrüfatında risklərin idarəedilməsi üzrə nazirliyin struktur bölmələ-rinin operativ fəaliyyətinin koordinasiyası və risklərin idarəedilməsi üzrə vahid siyasətin həyata keçirilməsidir. Nazirliyin risklərin idarəedilməsi sahəsində əsas məqsədi qəbul edilən idarəetmə qərarlarının onları müşaiyət edən risklərin təhlili vasitəsilə səmərəliliyinin yüksəldilməsi və qəbul edilmiş qərarların icrası zamanı risklərin idarəedilməsi üzrə tədbirlərin maksimal effektivliyinin təmin edilməsidir.



“Aqrar tədarük və təchizat” ASC-nin Biznes proseslərin idarəedilməsi sektorunun müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qalib Şərifov aqrar sektor üzrə risklərin qiymətləndirilməsi üzrə metodik tövsiyyələr üzrə təqdimatla çıxış edib. Qeyd edilib ki, hazırlanmış və ilkin sınaqlardan çıxarılmış sistem aqrar sahəyə aid risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarəedilməsi, risk hadisələrinə cavab proqramlarının formalaşdırılması, nəticələrin lokallaşdırılması proseslərinin reqlamentləşdirilməsi, fövqəladə hallarda müxtəlif risklərin qarşısının alınması tədbirlərinin effektiv koordinasiyasının təmin edilməsinə imkan verəcək.
Təlimin sonunda aqrar istehsalda risk faktorları ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026