Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib. Müraciətdə yazlıq və çoxillik əkinlər üçün subsidiya almaq istəyən fermerlərə əkin bəyanlarının qəbulu prosesinin mayın 31-də başa çatacağı ilə bağlı xəbərdarlıq edilir.
Əkin bəyanları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (eagro.az) hər bir fermer üçün açılmış şəxsi kabinetlərdən təqdim edilir.
Qeyd edək ki, göstərilən müddətədək fermerlər real əkinlərinə uyğun şəkildə düzgün bəyan təqdim etməlidirlər. Əkin bəyanlarını vaxtında təqdim etməyən fermerlər subsidiya ödənişlərindən kənarda qalacaqlar.
Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026