Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbulu davam edir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə müracət edib. Müraciətdə bildirilir ki, subsidiyası almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanı avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Fermerlər qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərinindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər.
Qeyd edək ki, pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da qeyd olunan bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.
Xatırladaq ki, təkrar əkinlər barədə bəyanlar avqustun 31-dək qəbul olunacaq.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026