Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin prioritet istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Belə ki, kənd təsərrüfatı sahəsində layihələrin icrası və koordinasiyasından məsul qurum kimi Nazirlik yanında yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr həyata keçirilir.
AKİA tərəfindən həyata keçirilən layihələrdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Asiya İnkişaf Bankı (ADB) kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.
Bu gün AKİA-nın təşkilatçılığı ilə növbəti Donor Əlaqələndirmə görüşü keçirilib. Görüşdə beynəlxalq təşkilatların və nazirliyin struktur bölmələrinin nümayəndələri iştirak edib. Tədbirdə icra olunan beynəlxalq layihələr çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə edilən nailiyyətlər və kənd təsərrüfatı istiqamətində prioritet istiqamətlərə uyğun gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Hazırda kənd təsərrüfatının bitkiçilik, bitki sağlamlığı, toxumçuluq, heyvandarlıq, baytarlıq xidmətlərinin inkişaf etdirilməsi, süni mayalandırma, məsləhət xidmətləri, investisiyaların təşviqi və s. istiqamətlərində 18 layihə icra olunur və 10 layihənin icrası nəzərdə tutulur.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026