Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bir sıra yeni ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində kadr hazırlığına başlanılıb.
Bu tədris ilindən ADAU-da “Bitki mühafizəsi” ixtisası üzrə başlamış kadr hazırlığına dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir sıra addımlar atıb.
Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində “Bitki mühafizəsi” ixtisası üzrə tədris kurikulumu hazırlanıb. Layihənin cəlb etdiyi yerli və beynəlxalq ekspertlərin birgə fəaliyyəti nəticəsində müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə hazırlanmış kurikulumlar artıq Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Bununla yanaşı ixtisas üzrə bakalavr pilləsi ilə yanaşı, magistr və doktorluq dərəcələri üçün də kurikulumların hazırlanması nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, “Bitki mühafizəsi” ixtisası üzrə sovet dövründə və müstəqilliyimizin ilk illərində universitetdə kadr hazırlığı həyata keçirilməsinə baxmayaraq 20 ilə yaxındır ki, bu sahə üzrə kadr hazırlığı həyata keçirilmirdi. 2018/2019-cu tədris ilindən isə bərpa olunan bu ixtisas üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə 30 nəfər tələbə qəbul olunub. İxtisas üzrə bütün tələbələr yalnız dövlət sifarişi əsasında təhsil alırlar. Növbəti illərdə “Bitki mühafizəsi” ixtisası üzrə xarici dillərdə də kadr hazırlığının aparılması nəzərdə tutulur.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026