Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təsis qurultayı keçirilib. Əvvəlcə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gündəliyə Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının təsis edilməsi, Nizamnaməsinin təsdiqi, sədrin seçilməsi, Məclis üzvlərinin təsdiqi, Təftiş komissiyasının seçilməsi və digər məsələlər daxil edilib.
Gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, qurultay iştirakçılarının səsverməsi ilə müvafiq qərarlar qəbul olunub.
Səs çoxluğu ilə Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təsis edilib və Fuad Məmmədov Komitənin sədri seçilib. Həmçinin, qurumun Nizamnaməsi, eləcə də Məclis üzvləri təsdiqlənib, Təftiş komissiyasının üzvləri seçilib.
Bununla yanaşı, qurultay iştirakçıları Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olması barədə qərar qəbul ediblər.
Tədbirdə iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni təsis olunan ASİHİRK-yə fəaliyyətində uğurlar arzulayıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Beyləqanda vətəndaşları qəbul edəcək
08 Dekabr 2023
Kişineuda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
08 Dekabr 2023
9-10 dekabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
07 Dekabr 2023
Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib
07 Dekabr 2023
Kişineuda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib
07 Dekabr 2023