"Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" layihəsinin yeni mərhələsinə start verilib. Bununla bağlı “Qadınların iştirakı ilə icmaların inkişafı" mövzusunda onlayn konfrans keçirilib.
Açılış mərasimində FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini iştirak ediblər. Eyni zamanda, konfransa Kənd Qadınları Assosiasiyasının rəhbəri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri və 20 bölgədən 115-dən çox qadın fermer qatılıb.
Layihənin əsas məqsədi kənd qadınlarına innovativ texnologiyalar və bazara çıxış sahələrində texniki bilik və bacarıqlarını artırmaqda dəstək vermək, eyni zamanda iqtisadi imkanlara bərabər çıxışı əldə etmək, həmçinin kiçik təsərrüfat sahələrini inkişaf etdirərək ərzaq təhlükəsizliyini yaxşılaşdırmaqdır.
Layihə çərçivəsində kənd təsərrüfatı üzrə ilk dəfə olaraq gender qiymətləndirilməsi təhlili aparılması nəzərdə tutulub.
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026