Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə fermer və sahibkarlar üçün kənd təsərrüfatı sahəsində innovativ yeniliklərin tətbiqi ilə bağlı onlayn formatda təqdimat keçirilib. Təqdimat mərasimində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, aqrar sahədə innovativ texnologiyaların tətbiqi sahəsində ixtisaslaşan şirkətlərin nümayəndələri və 60 rayondan 200-ə yaxın fermer iştirak edib.
Tədbirdə çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbəri Əkbər Abbasov aqrar sahədə innovativ metodların, müasir texnologiyaların tətbiqi ilə bağlı icra olunan layihələr barədə məlumat verib.
Daha sonra fermerlərə əkin sahələrinin suvarılmasında istifadə edilən yeni su təmizləmə sistemləri nümayiş olunub. Yeni su təmizləmə sistemləri əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə kollektor-drenaj sularının kimyəvi və fiziki xüsusiyyətlərini dəyişdirməyə və təsərrüfat üçün yararlı suvarma suyuna çevirməyə imkan verir.
Bundan başqa, fermerlər üçün ağıllı istixana, kənd təsərrüfatında pilotsuz uçuş aparatlarının tətbiqi, avtomatik suvarma sistemlərindən istifadə, uzaqdan idarə olunan çoxtəyinatlı texnika, alternativ enerji qurğusu və digər innovativ yeniliklər barədə də təqdimat keçirilib.
Fermerlərin və sahibkarların böyük marağına səbəb olan təqdimatdan sonra onların çoxsaylı sualları ətraflı cavablandırılıb.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026