Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən təşkil olunan “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Sisteminin Təkmilləşdirilməsi” təlimində iştirak edirlər.
ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov bildirib ki, təlimin əsas məqsədi aqrar sahədə Cənubi Koreya təcrübəsini öyrənmək və ölkəmizdə tətbiq etməkdir: “Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycandakı nümayəndəliyi ilə təcrübə mübadiləsinin aparılması ilə bağlı əldə etdiyimiz razılığa əsasən “Aqrar Tədarük və Təchizat” ASC-nin 12 əməkdaşı Cənubi Koreyada təlimdə iştirak edir. 18 avqust-31 avqust tarixlərini əhatə edəcək təlimdə əməkdaşlarımız bu ölkənin ərzaq məhsullarının tədarükü və təchizatı sistemi ilə yaxından tanış olacaqlar. Həmçinin, onlar ərzaq məhsullarının tədarükü və təchizatı sistemində qanunvericilik, heyvandarlıq sahəsində ümumi idarəçilik sistemindən faydalanma, Gyeonggi vilayətində ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin tətbiqi, Korea Akkreditasiya və Xidmət Agentliyinin funksiyaları və digər müxlətif mövzular ilə bağlı universitet professorlarının mühazirələrini dinləyəcəklər. Biz çalışacağıq ki, bundan sonrakı fəaliyyətimizdə Cənubi Koreyanın təkmilləşmiş tədarük və təchizat sistemindən öyrəndiklərimizi öz ölkəmizdə tətbiq edək”.
Qeyd edək ki, əldə olunmuş razılığa əsasən, 2 il davam edəcək proqramın icraçı agentliyi Koreyanın Hankyong Dövlət Universitetidir. Proqram müddətində iştirakçılar Azərbaycanda aqrar sahə ilə bağlı ölkə hesabatı hazırlayacaqlar. Hesabat koreyalı mütəxəssislərlə birgə müzakirə ediləcək və Fəaliyyət Planı hazırlanacaq. Bu plan proqram iştirakçılarının qeyd etdikləri məsələlərə alternativ həll yollarını təqdim etmək üçün nəzərdə tutulub.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026