Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri növbəti dəfə Astara və Lerik rayonlarının ərazisindəki yaylaqlarda saxlanılan heyvan və arıçılıq təsərrüfatlarına baş çəkiblər. Lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuş səyyar baytarlıq xidməti yaylaqlarda saxlanılan heyvanları profilaktiki baytarlıq baxışından keçirib, xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev-1” vaksini ilə peyvəndləmə və heyvanların yataq yerlərində dezinfeksiya və dezinseksiya tədbirləri, maarifləndirmə işləri aparıb, bukletlər təqdim edib. Eləcə də heyvan sürüləri parazitar gənələrə qarşı çimizdirilib.
Avqustun 21-dən 24-dək keçirilən səyyar baytarlıq xidməti zamanı baytar həkimlər xırdabuynuzlu heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə görə aparılmış peyvəndləmə tədbirləri ilə maraqlanıblar. Həmçinin, dövlət vəsaiti hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı söhbətlər aparıblar. Yaylaqlarda keçirilən görüşlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılıb, baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması ilə əlaqədar tövsiyələr verilib.
Yaylaqlarda heyvan sahibləri ilə keçirilən görüşlərdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların qan-parazitar və qurd xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərərindən bəhs olunub. Qan-parazitar xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi diqqətə çatdırılıb. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Akarasid və helmintozlara qarşı istifadə edilən dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib.
Mütəxəssislər səyyar baytarlıq xidməti rayonlarda olan arıçılıq təsərrüfatlarına baş çəkib. Arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması barədə ətraflı məlumatlar verilib. Həmçinin, arı xəstəliklərinin müalicəsi, profilaktikası və infeksion və parazitar xəstəliklərə qarşı aparılan yeni mübarizə tədbirləri arıçıların diqqətinə çatdırılıb. Bildirilib ki, arıların uçuş və hərəkətləri daim nəzarətdə saxlanılmalı və təlimata uğun qulluq göstərilməsi tövsiyə edilib. Aqrar Xidmətlər Agentliyi tərəfindən yaylaqlarda və arıçılıq təsərrüfatlarında təşkil edilən səyyar baytarlıq xidmətindən sahibkarlar razılıq edib, heyvan və arılar arasında heç bir xəstəliyin olmadığını bildiriblər.
Agentlik əməkdaşları yaylaq şəraitində saxlanılan heyvan və arılara göstərilən baytarlıq xidmətləri, xəstəliklərin müalicəsində istifadə edilən yeni müalicə metodları və preparatlar haqqında yerli baytar həkimlərinə də müvafiq tövsiyə və məsləhətlər veriblər.
Növbəti səyyar baytarlıq xidmətinin Şamaxı və Oğuz rayonlarının ərazisində yerləşən yaylaqlarda aparılması nəzərdə tutulur.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024