Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən respublikanın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində sahibkarların müraciəti əsasında fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir.
Belə ki, 2020-ci ilin mart - aprel aylarında Fumiqasiya Mərkəzi tərəfindən 20162.08 ton-dənli, dənli- paxlalı bitkilərin məhsulları, yemlər, 28974.5 m3 meşə materialı, 800 m3 istehsal və saxlanma yerləri zərərsizləşdirilib.
Qeyd edək ki, zərərsizləşdirmə (fumiqasiya) tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.. Yüksək toksiki maddələr olduğuna görə qeyri dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir
Zərərvericilərlə sirayətlənmiş istehsal və saxlanma yerlərindəki məhsulun çəkisi azalır, keyfiyyəti aşağı düşür, toxumların cücərmə faizi azalır, məhsul müxtəlif mikroflora ilə çirklənir. Zədələnmiş məhsulda kif göbələkləri məskunlaşır, bu tip göbələklər zərərli konserogen maddələr ifraz edir. Belə məhsulları nə qida, nə yem nə də toxum kimi istifadə etmək olmaz.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026