Noyabrın 27-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) rayon baytarlıq idarələrinin rəhbərləri ilə keçirilən görüş və xüsusi təhlükəli xəstəliklərə dair təlimlər yekunlaşıb.
Tədbirdə qeyd olunub ki, bu müddət ərzində təlim iştirakçılarına baytarlıq sahəsində innovativ texnologiyaların tətbiqi ilə əlaqədar yeni məlumatlar verilib, bu təlimlərin yerlərdə aparılacaq profilaktik tədbirlərin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcəyi qeyd edilib. Vurğulanıb ki, AXA-nın əsas hədəfləri, daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. Bu məqsədlə də Agentliyin rəhbərliyi tərəfindən rayon baytarlıq idarələrinə günün tələbləri səviyyəsində fəaliyyət göstərmələri, mütəmadi olaraq heyvan sahiblərinin yanında olmaları və qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələri tövsiyə edilib, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib. Bununla yanaşı tədbir çərçivəsində kadr işinin təşkili, münasibətlərin qurulması və vətəndaş məmnuniyyəti mövzusunda iştirakçılara ətraflı məlumatlar verilib.
Qeyd edək ki, keçirilən tədbirlərə noyabrın 14-dən start verilib və 64 rayon(şəhər) baytarlıq idarələrini əhatə edib.
Dekabr ayından isə baytar mütəxəssisləri üçün növbəti təlimlərə start verilməsi nəzərdə tutulur.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026