Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) rayon baytarlıq idarələrinin rəhbəri ilə görüş, həmçinin xüsusi təhlükəli xəstəliklərə dair təlim keçirilib.
Görüşdə AXA-nın sədri Seymur Mövlayev baytarlığın strateji sahə olduğunu qeyd edərək aparılan epizootik tədbirlərin səviyyəsinin yüksəldilməsi, ölkənin epizootik sabitliyinin təmin edilməsi və profilaktik peyvəndləmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, görüş və təlimlərin keçirilməsində əsas məqsəd profilaktik tədbirlərin vaxtında yerinə yetirmək, işin səmərəliliyi, operativliyi, effektivliyini, eləcə də baytar mütəxəssislərin peşə və bilik səviyyəsini artırmaq, yaranmış problemlərin vaxtında və operativ həllini təmin etməkdir. S.Mövlayev bildirib ki, AXA-nın əsas hədəfləri daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. Bu hədəflərə nail olmaq üçün yerlərdə baytarlıq idarələri rəhbərlərinin üzərinə mühüm vəzifələr qoyulduğunu önə çəkən sədr innovativ texnologiyaların tətbiqi, eləcə də etik davranış qaydalarına əməl olunması və heyvan xəstəliklərinin müalicə-profilaktikasında yeniliklərin öyrənilməsinin və mütəmadi təlimlərin keçirilməsinin vacibliyini qeyd edib.
Baytarlıq sahəsində görülmüş işlər, qarşıda duran hədəflər barədə ətraflı məlumat verən sədr müavini B. Rzayev ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Heyvan sahibləri ilə daim görüşlərin keçirilməsi, xəstəliklər barəsində maarifləndirmə işlərinin aparılması və təbliğat-təşviqat işlərində dönüş yaratmaqla xüsusi təhlükəli xəstəliklərə qarşı istifadə edilən vaksinlərin “soyuq zəncir” prinsipi əsasında heyvanların baş sayına uyğun tətbiq edilməsi, sənədləşmənin vaxtında və düzgün tərtib olunmasının vacibliyini diqqətə çatdırılıb.
Tədbirin sonunda S.Mövlayev rayon baytarlıq idarələrinə günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrini, mütəmadi olaraq heyvan sahiblərinin yanında olmalarını, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələrini tövsiyə edərək mövcud çatışmazlıqların qısa zamanda aradan qaldırılması ilə bağlı görüləcək tədbirlər barədə müvafiq tapşırıqlarını verib.
Görüş çərçivəsində iştirakçılara “Xüsusi təhlükəli xəstəliklər - bradzod, bruselyoz, xırdabuynuzlu heyvanların çiçək, donuzların klassik taunu, dabaq, leptospiroz, manqo, nodulyar dermatit, pasterelyoz, qan-parazitar, quduzluq, qarayara xəstəlikləri, biomühafizə və biotəhlükəsizliklər” qaydalarına dair ikigünlük təlimlərə başlanılıb və AXA-nın mütəxəssisləri qeyd olunan mövzular üzrə təqdimatlarla çıxış edərək yeni məlumatlar veriblər.
Görüşdə iştirak edən 14 rayon baytarlıq idarəsinin rəhbərinin qısa məruzələri dinlənilib, müvafiq təkliflər səsləndirilib və aparılacaq peyvəndləmə tədbirlərinin uğurla başa çatdırılacağı bildirilib.
Qeyd edək ki, təlimlər bütün rayon baytarlıq idarələri üçün nəzərdə tutulub.
Operativ məlumat: EKTİS-də 600 min hektara yaxın sahə üzrə payızlıq əkinlər bəyan edilib
08 Dekabr 2025
Operativ məlumat: Pambıq yığımında rekord göstəricilər əldə olunur
08 Dekabr 2025
Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir - FƏRMAN
08 Dekabr 2025
Operativ məlumat: Dekabrın 5-dək 197 306 fermer payızlıq əkinlərini EKTİS-də bəyan edib
05 Dekabr 2025
Neftçala rayonunda 90-cı Aqrar Biznes Festivalı və “I Balıq” Festivalı keçirilib
05 Dekabr 2025