Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin regional bölmələrinə yeni təyin edilmiş rəhbər və mütəxəssislərlə görüş keçirilib.
Görüşdə sədr Seymur Mövlayev işə qəbul olunan əməkdaşları təbrik edərək, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri, qarşıda duran hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Bildirib ki, yeni regional mərkəzlərin yaradılmasında əsas məqsəd işlərin səmərəliliyini, operativliyini və effektivliyini artırmaq, idarəetmə sistemini təkmilləşdirmək, yaranmış problemlərin operativ həllini təmin etmək, region üzrə vahid çevik idarəetmə sistemini yaratmaqdan ibarətdir. Həmçinin, S.Mövlayev qeyd edib ki, AXA-nın fəaliyyətində əsas hədəflər daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. Bu hədəflərə nail olmaq üçün yeni yaranmış regional mərkəzlərdə çalışan rəhbər və mütəxəssislərin üzərinə mühüm vəzifələr qoyulduğunu vurğulayaraq, innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət qulluqçularının etik davranış qaydalarına dair mütəmadi təlimlərin keçirilməsinin vacibliyini qeyd edib. Son illər aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar, yeni yanaşmalar barədə məlumat verən S.Mövlayev regional mərkəzlərə təyin olunmuş rəhbər və mütəxəssislərin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Rəşad Vahabzadə təqdimatla çıxış edərək mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Yeni təyin olunmuş rəhbər və mütəxəssislər çıxış edərək göstərilən etimadı doğruldacaqlarını və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.
Tədbirin sonunda S. Mövlayev yeni təyin olunmuş heyətə mövcud olan çatışmazlıqların qısa zamanda aradan qaldırılması və bununla bağlı təkliflərin hazırlanıb təqdim olunması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün Bakıda və Naxçıvanda imtahanlar keçirilib
17 Aprel 2025
BDU-da “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi ilə bağlı vorkşop keçirilib
17 Aprel 2025
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Beynəlxalq Elm Həftəsində iştirak edib
15 Aprel 2025
“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib
15 Aprel 2025
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
14 Aprel 2025