Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyasının akkreditasiya olunması üçün qiymətləndirmə aparılıb və uyğunluğu qiymətləndirən qurumun tələblərinə cavab verdiyi müəyyən olunub.
Azərbaycan Akkreditasiya Mərkəzinin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” 05.02.2020-ci il tarixli 0600-20 UQQA №-li qərari ilə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyası akkreditasiya edilib.
AXA-dan bildirilib ki, Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Mərkəzi laboratoriyası toxum, torpaq, bitki və suvarma sularının sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub.
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026