Azərbaycana pambıq toxumu idxal edən Türkiyənin “SETTOHUM” şirkətinin nümayəndələri sort-sınaq sahəsində olublar. Şirkətə məxsus “SET-330” pambıq sortunun sort-sınaq sahəsində digər sortlarla müqayisəli şəkildə təsərrüfat-biloji xüsusiyyətləri, o cümlədən xəstəlik və zərərvericilərə davamlılığı əlamətləri üzrə qiymətləndirmə aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, “Azərpambıq” MMC-nin mütəxəssisləri, Salyan DAİM-in nümayəndələri və bölgə fermerləri iştirak ediblər.
Qeyd edək ki, məntəqədə metodiki qaydalara uyğun olaraq yığımdan sonra ayrı-ayrı sortlar üzrə məhsuldarlıq müəyyən olunacaq və nümunələr texnoloji analizlər aparılması məqsədi ilə Xidmətin Kimya-Texnoloji Laboratoriyasına göndəriləcəkdir. Sort-sınaq işlərinin və laboratoriya analizlərinin nəticələrinə əsasən yeni pambıq sortlarının “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınması nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, Salyan Dövlət Sort Sınaq Məntəqəsində 20 pambıq sortunun sınağı aparılır. Bu sortlardan 7-si Türkiyədən introduksiya olunan sortlardır. Sınaq sahəsində hazırda yığıma hazırlıq işləri həyata keçirilir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026