“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında 2019-cu ilin taxıl biçinin yekunları və pambıq yığımına hazırlıqla bağlı müşavirə keçirilib.
Müşavirədə “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov, sədr müavinləri, şöbə müdirləri, regional nümayəndəliklərin və rayon bölmələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə taxıl biçini zamanı əldə edilən nailiyyətlər, yaranmış problemlər və onların həll olunması ilə bağlı görülən tədbirlər müzakirə olunub.
Müşavirədə çıxış edən sədr Elmin Rəhmanov, taxıl biçininin artıq tam başa çatdığını, biçinin yekunlarından razı qaldığını bildirib. Biçin zamanı müsbət nəticələrin əldə edildiyini vurğulayan Cəmiyyət sədri bu uğurun komandanın birgə işi nəticəsində əldə edildiyini diqqətə çatdırıb.
Elmin Rəhmanov pambıq sahələrində yığıma başlamaq üçün son hazırlıq işləri barədə də müşavirə iştirakçılarını məlumatlandırıb. “Aqrolizinq”in rəhbəri regional nümayəndəliklərin və rayon bölmələrinin rəhbərlərinə pambıq yığımına hazırlıq prosesi və yığımla bağlı müvafiq tapşırıqlar verib.
Tədbirin sonunda yığım zamanı əldə etdikləri nailiyyətlərə görə bəzi regional nümayəndəlik və rayon bölmələrinin rəhbərləri fəxri diplomlarla təltif olunublar.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026