Şəki şəhəri, Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Evində Aqrolizinq ASC-nin rəhbər işçiləri ilə vətəndaşların görüşü keçirilib. Görüş regionlarda “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində baş tutub. 100-dən çox vətəndaşın iştirak etdiyi görüşdə “Aqrolizinq”in fəaliyyəti, göstərilən xidmətlər, kənd təsərrüfatı texnikası, gübrə və damazlıq heyvanların lizinqə verilmə şərtləri barədə geniş məlumat verilib. Diskussiya şəraitində keçən görüşdə vətəndaşların çoxsaylı sualları cavablandırılıb. Qurumun İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov xidmətlərin elektronlaşdırılması ilə bağlı təqdimat keçirib, gələcəkdə xidmətlərdən mobil applikasiyalar vasitəsilə yararlanmaq imkanlarının yaradılacağını deyib. Vətəndaşlar mobil telefonlar vasitəsilə texnika, gübrə, damazlıq heyvan sifarişlərinin götürülməsi ideyasını dəstəkləyiblər.
Tədbirin sonunda Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından fermerlərə güzəşt müqavilələri təqdim olunub.
Qeyd edək ki, “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsi məqsədilə bu tip görüşlər davam edəcək.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026