“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Hacıqabul rayonunun Qarasu kəndində fermer Əlifağa Nuriyevin pambıq sahəsində pambıq zərərvericilərinə qarşı aparılan mübarizəyə dair monitorinq keçirib.
Monitorinq zamanı Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdir müavini Vüsal Tağıyev pambıq becərilməsi zamanı bol məhsul əldə etmək üçün müxtəlif mərhələlərdə zərərvericilərə qarşı mübarizə, bu prosesdə pestisidlərin əhəmiyyəti, pestisidlərdən düzgün, aqrotexniki qaydada istifadə barədə tövsiyələr verib.
Vüsal Tağıyev bildirib ki, hazırda monitorinq aparılan sahədə pambıq sovkasına qarşı mübarizə aparılır: “Məhsul istehsalçılarının nəzərinə çatdırmaq istəyirəm ki, pambıq sovkasının məhv edilməsi üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin anbarlarında təsiredici maddəsi “Emamectin benzoat və İndoxiycarb” olan “İndox super” insektisidi var. Bu insektisidin 150-200 litr suya qatılmaqla 1 hektara məsarif norması 250-300 qramdır. Satış qiyməti 94 manat olsa da, fermerlər bu insektisidi güzəştli şərtlərlə 28.2 manata əldə edə bilərlər”.
Vüsal Tağıyev fermerləri həmçinin təsiredici maddəsi “Metomil” olan Terra insektisidinin xüsusiyyətləri ilə tanış edib: “Bu insektisidin 150-200 litr suya qatılmaqla 1 hektara məsarif norması 800 qramdır. Satış qiyməti 46 manat olsa da, fermerlər güzəştli şərtlərlə 13.8 manata əldə edə bilərlər. Bundan başqa yerli istehsal olan “Emamectin benzoat” tərkibli Matrix insektisidi var. Bu preparatın 150-200 litr suya qatılmaqla 1 hektara məsarif norması 400 qramdır. Satış qiyməti 34 manatdır. Fermerlər güzəştli şərtlərlə 10.2 manata əldə edə bilərlər”.
Vüsal Tağıyev tor gənəsi, mənənə və trips zərərvericilərinə qarşı “Aqrolizinq” ASC tərəfindən Abam, Garant insekto-akarasidlərindən istifadə olunduğunu, onların fermerlərə 70 faiz güzəştlə təklif edildiyini deyib. Gənələrə qarşı “Hexygit” və King sansey akarasidindən istifadə edildiyini deyən “Aqrolizinq” ASC rəsmisi bu preparatların məsarif normaları və qiymətləri barədə məlumat verib. O bildirib ki, “Aqrolizinq” pambıqçılara boy tənzimləyicisi olaraq “Mepkuat xlorid” tərkibli Kingpix və Rhapsody biostimulyatorları təklif edib. Qurum yarpaqların tökülməsi üçün istifadə olunan defoliantın və pambıq qozalarının açılmasını sürətləndirmək üçün istifadə olunan stimulyatorun alınması ilə bağlı artıq yerli istehsal zavodu ilə müqavilə bağlayıb.
Qeyd olunan preparatlar Respublikanın pambıq əkilən bütün rayonlarında tətbiq edilir və aqrotexniki qaydalara tam əməl olunduğu halda zərərvericilərə qarşı mübarizədə yüksək nəticə əldə edilir. Vüsal Tağıyev bildirib ki, preparatların tətbiqi zamanı pestisidlərin məsarif normasına və aqrotexniki qaydalara tam əməl etdikləri halda yüksək nəticə əldə edəcəklərinə əmin ola bilərlər.
Fermerlər “Aqrolizinq” ASC-nin təqdim etdiyi bütün xidmətlərdən yararlandıqlarını və bu il məhsuldarlığın bol olacağını bildiriblər.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024