“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Masallıda növbəti görüş keçirilib. Görüşə ölkənin cənub bölgəsində fəaliyyət göstərən fermerlər qatılıblar.
Layihənin əsas məqsədi “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların interaktiv tanışlığı və maarifləndirilməsi, vətəndaşlara cəmiyyətin əlçatanlığının və yaxınlığının təmin edilməsi bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həll edilməsi istiqamətində addımların atılmasından ibarətdir.
Qeyd edək ki, “Aqrolizinq” ASC respublikanın cənub regionunun kənd təsərrüfatının və eləcə də çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı yeni texnikalarını bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir. Cəmiyyətin fəaliyyət göstərdiyi 2005-ci il tarixindən etibarən Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan 960 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 41 561 135,08 manat təşkil edən 2260 ədəd kənd təsərrüfatı texnikaları verilib.
Masallı şəhərində yerləşən Nizami Gəncəvi adına Mədəniyyət Evində Masallı, Astara, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı və Biləsuvar rayonlarından olan fermerlərlə keçirilən görüşdə lizinq qaydaları və tətbiq edilən güzəştlər, o cümlədən innovativ yeniliklər barədə vətəndaşlar maarifləndirilib, tətbiq edilən elektron xidmətlər barədə ətraflı məlumat verilib, kəndli və fermerlərlə mövcud problemlər, onların həlli və təkliflərinə dair fikir mübadiləsi aparılıb.
Görüşün sonunda vətəndaşlara güzəşt müqavilələri təqdim edilib, iştirakçılar fermer Cəsarət Əzizovun 20 hektardan ibarət çiyələk plantasiyasında görülən işlərlə tanış olublar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026