İyulun 23-də \"Aqrolizinq\" Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək. Təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir. Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq. Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. Təlimləri uğurla başa vuran mexanizatorlar sertifikatla təltif olunacaqlar. Hər hansı bir səbəbdən sertifikat əldə edə bilməyən mexanizatorlar pambıq yığımnında iştirak edə bilməyəcəklər.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026