“Aqroskop” jurnalının 7-ci buraxılışı işıq üzü görüb. Bu jurnal fermer və aqrar sahədə fəaliyyət göstərən sahibkarların gördükləri işin keyfiyyətini artırmaq, fərdi bizneslərini genişləndirmək üçün onları müasir üsul və texnologiyalardan xəbərdar edir.
Jurnalda aqrar sahə üzrə peşəkar mütəxəssislərin yazıları, araşdırmaları, təhlilləri, xarici mənbələrdən əldə edilmiş məlumatlar və yeniliklər yer alır. Rüblük olaraq 3 min nüsxədə çap olunmaqla, www.aqroskop.az veb platforması ilə geniş çevrəyə yayılır. Jurnalın buraxılışlarından yararlanaraq kənd təsərrüfatında istifadə oluna biləcək dünya trendləri və gələcəyə hədəflənən innovativ yeniliklərdən xəbərdar olmaq mümkündür.
7-ci buraxılışda intensiv və superintensiv bağçılığın mövcud vəziyyəti, müasir ting istehsalı, qoyunçuluqda helmintozların yayılma dinamikası, fındıq sortlarının pomoloji xüsusiyyətləri, yeni introduksiya olunmuş şaftalı sortları və digər mövzularda qiymətli məqalələr yer alıb. Məqalələr vasitəsilə fermer və sahibkarlar daha məlumatlı olur. Bununla da aqrar sahədə uğurlar və yüksək nəticələr əldə etmək mümkündür.
Jurnalın saytına keçid edərək kənd təsərrüfatında gündəmdə olan mövzularla bağlı məqalələrlə tanış olmaq mümkündür:
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026