Bakıda keçirilən Arıçılıq məhsullarının 20-ci Satış-Sərgi Yarmarkası ilə əlaqədar fotoqraf, videoqraf, bloqer, media nümayəndələri və sosial media istifadəçiləri arasında foto, video, yazı müsabiqəsi elan edilir. Müsabiqə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 28 sentyabr - 18 oktyabr tarixlərində baş tutan Arıçılıq məhsullarının 20-ci Satış-Sərgi Yarmarkasının kütləviliyini təmin etmək, arıçılıq məhsullarının təbliğatının aparılması, vətəndaşlar arasında arı və arıçılıq məhsullarına diqqətin artırılması, eləcə də arıçılıq məhsulları istehsal edən fermerlərin tanıdılması məqsədilə keçirilir.
Müsabiqənin qaydaları:
Müsabiqənin müddəti - 1 oktyabr – 18 oktyabr, saat 23:59
Qaliblərin elan olunması – 25 oktyabr
Fotoqraflar Bal yarmarkasında iştirak edən arıçılar, satışa çıxarılan arıçılıq məhsullarının əks olunduğu fotoları çəkərək öz sosial media hesablarında #bal2019 həştəqilə paylaşmalı, paylaşılan foto hər kəsə açıq olmalıdır. Müsabiqədə iştirak etmək üçün müraciət edən şəxslər Aqrar Tədarük və Təchizat ASC-nin, eləcə də Kənddən Şəhərə, Şəhərdən Kəndə və Kənddən Şəhərə yarmarkasının sosial media səhifələrini bəyənməlidir. Qaliblər ən çox bəyənilən postlar arasından təsadüfi yolla və xüsusi proqram vasitəsilə seçiləcək.
Mükafatlar:
I yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 2 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (100 manat dəyərində)
II yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (50 manat dəyərində)
III yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (20 manat dəyərində)
Vloqerlər Bal yarmarkasında iştirak edən arıçıların tanıtımı, satışa çıxarılan arıçılıq məhsulları və balın faydalarını özündə əks etdirən 3-5 dəqiqəlik reportajlar hazırlayaraq sosial media səhifələrində #bal2019 həştəqi ilə paylaşmalı, paylaşılan video hər kəsə üçün izləməyə açıq olmalıdır. Müsabiqədə iştirak etmək üçün müraciət edən şəxslər “Aqrar Tədarük və Təchizat” ASC-nin, eləcə də Kənddən Şəhərə, Şəhərdən Kəndə və Kənddən Şəhərə yarmarkasının sosial media səhifələrini bəyənməlidir. Qaliblər ən çox bəyənilən postlar arasından təsadüfi yolla və xüsusi proqram vasitəsilə seçiləcək.
Mükafatlar:
I yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 2 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (100 manat dəyərində)
II yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (50 manat dəyərində)
III yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (20 manat dəyərində)
Bu kateqoriya üzrə müsabiqədə iştirak etmək istəyən sosial media istifadəçiləri (facebook və instagram) Bal yarmarkası haqqında təəssüratlarını və fotolarını post şəklində bölüşməlidir. Postlar #bal2019 həştəqi ilə paylaşılmalı, profil hər kəsə açıq olmalıdır. Müsabiqədə iştirak etmək üçün müraciət edən şəxslər “Aqrar Tədarük və Təchizat” ASC-nin, eləcə də Kənddən Şəhərə, Şəhərdən Kəndə və Kənddən Şəhərə yarmarkasının sosial media səhifələrini bəyənəlidir. Qaliblər ən çox bəyənilən postlar arasından təsadüfi yolla və xüsusi proqram vasitəsilə seçiləcək.
Mükafatlar:
I yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 2 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (100 manat dəyərində)
II yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (50 manat dəyərində)
III yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (20 manat dəyərində)
Yazı müsabiqəsində iştirak etmək istəyən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları yarmarkadan hazırladıqları reportajların sonunda “Aqrar Tədarük və Təchizat ASC-nin elan etdiyi Bal yarmarkası müsabiqəsinə təqdim etmək üçün hazırlanıb” qeydini etməklə onlayn mediada dərc olunan yazının linkini, çap mediasında yazının dərc olunduğu qəzetin PDF versiyasını office@att.gov.az ünvanına göndərməlidir. Yazı müsabiqəsinin qalibləri “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Arıçılar Assosiasiyasının rəhbərliyindən ibarət münsiflər heyəti tərəfindən seçiləcək.
Mükafatlar:
I yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 2 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (100 manat dəyərində)
II yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (50 manat dəyərində)
III yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (20 manat dəyərində)
Televiziya əməkdaşları Bal yarmarkasından hazırladıqları reportajların efir variantını “youtube” kanalına yükləyərək linkini office@att.gov.az ünvanına göndərməlidir. Reportaj müsabiqəsinin qalibləri “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Arıçılar Assosiasiyasının rəhbərliyindən ibarət münsiflər heyəti tərəfindən seçiləcək.
Mükafatlar:
I yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 2 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (100 manat dəyərində)
II yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (50 manat dəyərində)
III yer - Şəhərdən Kəndə layihəsi çərçivəsində 1 nəfərlik 1 günlük tur və “Bal kimi” hədiyyə kartı (20 manat dəyərində)
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026