“Doğulduğum Yuxarı Rəfədikli kəndi işğal altındadır. Hazırda 4 saylı “Qayıdış” qəsəbəsində yaşayıram. Ata-babalarımız daim arıçılıqla məşğul olub. Mən də uşaqlıqdan demək olar ki, ailəmizdə pətək görmüşəm”. Bu fikirlər Bakıda keçirilən Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, Füzuli rayonundan olan arıçı Telman Musayevə məxsusdur.
O, 15 ildir arıçılıqla məşğuldur: “2003-cü ildə yenidən ailəmizin ənənəsini bərpa etməyi, arıçılığı inkişaf etdirməyi bir məqsəd kimi qarşıma qoydum. Hazırda arıxanamda 40 arı ailəsi var. Bu sahəni daha da inkişaf etdirmək istəyirəm. Mən bəzi bal məhsulları haqqında öz fikrimi sizinlə bölüşmək istəyirəm. Balın qaymağı çox faydalı arı məhsuludur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkir, bir növ “möhür vururlar. Bal qaymağı məhz pətəyin üstündəki “möhürdən”, yəni suvaqdan hazırlanır. Müalicəvi əhəmiyyəti var. Nəfəs yollarını təmizləyir, asma xəstəliyinə, damaq xəstəliyinə qarşı, uşaqlarda vitamin çatışmazlığı zamanı istifadə olunur. 40 ari ailəsindən 9 litr bal qaymağı toplamışam. Bal qaymağı ona görə qiymətlidir ki, “möhür” işini 4 günlük bal arıları həyata keçirir. Bal qaymağını bir neçə dəqiqə çeynəyib udandan 2 saat sonra onun aktiv komponentləri qanda, limfada və hüceyrəarası mayedə aşkarlanır. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir”.
Telman Musayev deyir ki, arı ailələrini Beyləqan rayonundakı meşələrə aparır: “Yay aylarında biz öz arı ailələrimizi Beyləqan rayonunun meşələrinə, həmçinin sərhədyanı yaşıl zonalara aparırıq. Təmiz bal istehsal etmək üçün arının yaşadığı ərazidə nektar mənbəyi olmalıdır. Digər tərəfdən balın keyfiyyəti təbiətdən və hava şəraitindən də asılıdır. Balın ətri, rəngi və tərkibi arının yaşadığı ərazidən asılı olaraq dəyişə bilər. Çiçək nektarı olan bal daha zəngin olur. “Biyan balı”, “Cökə balı” və sair təqdimatlar ancaq müştərini cəlb etmək üçündür”.
Telman Musayev hər bir işdə halallığın tərəfdarıdır: “Saxta bal olmur, saxta şirə olur. Arıçılıqla məşğul olan insan halal olmalıdır ki, alıçılar da aldığı baldan zövq alsınlar. Dünyadakı bütün xəstəliklərin 60 faizi bal ilə müalicə olunur. Propolis cövhəri qəbul edən insan heç zaman xərçəng xəstəliyinə tutulmaz. Bal haqqında bizim bölgədə deyirlər ki, balı qaydasında yeyərsən xeyir verər, isidib yeyərsən, ziyan olar. Balı günəş şüaları altında saxlamaq olmaz. Onu 14 dərəcə temperaturda saxlamaq daha məsləhətdir”.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024