Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkədə \"Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı\"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə start verilib.
Dövlət Baytarlıq Xidmətinin Astara Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun Təngərüd kənd sakini Rəhimov Müqabil Nəcibulla oğluna məxsus fermer təsərrüfatında 154 baş iribuynuzlu, 1 baş təkdırnaqlı heyvanda qarayara və 6 baş itdə quduzluq, eləcə də Astara şəhər sakini, Yusifov İxtiyar Xeyrulla oğluna məxsus fərdi təsərrüfatda saxlanılan 25 baş iribuynuzlu heyvanda qarayara və 3 baş itdə quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə aparılıb. Ümumiyyətlə, peyvəndləmə tədbirlərinə başlanan gündən indiyə kimi 89 kənd, 2 qəsəbə və 1 şəhəri əhatə edən Astara rayonunda 18067 baş iribuynuzlu, 428 baş təkdırnaqlıda qarayara, 662 baş itdə quduzluq əleyhinə profilaktik peyvəndləmə aparılıb, 734 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədi ilə qan nümunəsi götürülüb və 200 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Hazırda rayon ərazisində epizootik tədbirlər davam etdirilir.
Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Astara rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci il ərzində Astara rayonunda saxlanılan kənd təsərrüfatı heyvanları arasında 39988 baş iribuynuzlu, 22645 baş xırdabuynuzlu, 1002 baş təkdırnaqlı və 4254 baş iribuynuzlu (cavanlarda) heyvanlarda qarayara, 72329 baş iribuynuzlu, 22170 baş xırdabuynuzlu heyvanda dabaq, 37999 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 12640 baş xırdabuynuzlu heyvanlarda çiçək, 1947 baş iribuynuzlu, 840 baş xırdabuynuzluda leptosprioz, 4928 baş xırdabuynuzlu (2-6 aylıq dişi quzularda“REV-1” vaksini ilə) və 6451 baş 3-8 aylıq dişi buzovlarda bruselyoz (S-19), 3272 baş it və 1347 baş iribuynuzluda quduzluq, 172470 baş cücə (“La-Sota”) və 173100 baş quşda (“H”) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə aparılıb. Həmçinin 286 baş təkdırnaqlıda manqo, 579 baş iribuynuzluda vərəm, 700 baş qoçda bruselyoz və epididimit, 9006 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinin diaqnostik müayinəsi aparılaraq, 10970 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb.
Tədbirlərin icrası müddətində vətəndaşlar arasında maariflənmə işləri aparılıb, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Qubada vətəndaşları qəbul edəcək
04 Dekabr 2024