Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satış mart ayının 9-da Astara rayonunun Kijebe qəsəbəsi, Bayraq Meydanının yaxınlığında keçiriləcək. Bu qəsəbənin Ojəkəran, Tüləküvan, Burzubənd, Noyabud, Ovala, Xıçaso, Şəmətük, Sipiyaəlfətük, Vənəşikəş yaşayış məntəqələri və qonşu kəndlər olan Maşxan, Ərçivan, Lovayın, Deqədi, Təngərüd, Sərək, Səlivə, Şüvi sakinləri də səyyar satışdan yararlana biləcək.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün +994 50 552-55-44 nömrəsi ilə (Abbasov Etibar, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) əlaqə saxlaya bilərlər.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026