Rayon üzrə 7105 baş iribuynuzlu heyvan, 2508 baş xırdabuynuzlu heyvan seroloji müayinə olunub
Respublikanın hər yerində olduğu kimi, Ağsuda da insanların və müxtəlif heyvanların yoluxucu xəstəliyi olan bruselyoza qarışı profilaktik tədbirlər davam etdirilir.
Hazırda Ağsuda iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır. Rayonun Hacıqədirli, Ərəbuşağı, Kalva, Nuran, Gəgəli, Sarvan və digər kəndlərində cavan iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır. Peyvəndləmə Türkiyə istehsalı olan “Brudoll-A” vaksini ilə 3-8 aylıq dişi (damazlıq) heyvanlara göz-damcı üsulu ilə sağ qulağa nişan vurmaqla həyata keçirilir. İndiyə kimi rayon ərazisində bruselyoz xəstəliyinə qarşı 4500 baş iribuynuzlu, 19100 baş xırdabuynuzlu heyvanda peyvənd işi aparılıb. Epizootik plana uyğun olaraq peyvəndləmə tədbirinin 6200 baş iribuynuzlu heyvanda aparılması nəzərdə tutulur.
Eyni zamanda bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə 7105 baş iribuynuzlu heyvandan, 2508 baş qoçdan qan nümunələri götürülərək seroloji müayinə olunub.
2018-ci ilin yanvar-iyul ayları ərzində bruselyoz xəstəliyinə qarşı 1462309 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 329461 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513040 baş iribuynuzlu, 150652 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.
Qeyd edək ki, heyvanlar arasında bruselyozun ləğv edilməsi insanlarda bu xəstəliyin qarşısının alınmasının ən yaxşı yoludur. Azərbaycanda bu xəstəliyin ləğvi istiqamətində lazımi addımlar atılmaqla, təşkilat-təsərrüfat tədbirləri davam etdirilir.
İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
06 Iyun 2026
Nazir Məcnun Məmmədov İstanbulda “Sıfır Tullantı Forumu 2026” çərçivəsində kənd təsərrüfatı nazirlərinin yüksək səviyyəli toplantısında çıxış edib
06 Iyun 2026
Aqrar Sığorta Fondu təsərrüfatlara dəyən zərərləri qiymətləndirir
05 Iyun 2026
Aqrar Kredit və İnkişaf Agentliyində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
05 Iyun 2026
Aqrar sahədə yeni Dövlət Proqramına həsr olunmuş mətbuat konfransı keçirilib
04 Iyun 2026